Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Nigeriya İslam Hərəkatının lideri Kaduna şəhərində Nasarava icmasının görkəmli müsəlman və xristian nümayəndələrindən ibarət bir heyətlə səmimi görüş zamanı milli birliyin əhəmiyyətini və etnik-dini məsələlər üzərində qarşıdurmadan çəkinməyin vacibliyini vurğulayıb.
Bu heyətin üzvlərinə daxildir: Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki, Nigeriyadakı xristianların yerli nümayəndəsi Hacı Aliyu May Lafiya, Nasarava icmasının sədri, Nasarava Katolik Kilsəsinin baş keşişi cənab Dominik və Nasarava cümə məscidinin imamı Şeyx Əllamə Cabir Məhəmməd.
Şeyx Zəkzaki bu toplantıda bildirib: “Heç bir qarşıdurmaya yol vermək olmaz nə dini fərqlər, nə də etnik fərqlər adı altında. Biz sülh, dostluq və möhkəm bir həmrəylik içində birlikdə yaşamalıyıq. Bu hamımızın xeyrinədir.”
O əlavə edib: “Bu müxtəlif dini inanclara sahib insanların dostluq münasibətlərini gücləndirməsi üçün ən yaxşı fürsətdir.”
Analitiklər bu görüşü Kaduna şəhərində müxtəlif dini və məzhəb təqibçiləri arasında birlik və həmrəyliyin artırılması istiqamətində dəyərli bir addım kimi qiymətləndiriblər.
Mənbə: Nigeriya İslam Hərəkatının rəsmi veb-saytı
Rəyiniz